Menyu

Kavelaşvili: Azərbaycan və Ermənistan arasında sülhə töhfə verməyə hazırıq

Şəfa Hüseynli
Kavelaşvili: Azərbaycan və Ermənistan arasında sülhə töhfə verməyə hazırıq

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşüb.

Operativ Media  xəbər verir ki, təkbətək görüş zamanı Gürcüstan və Ermənistan arasında ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mixeil Kavelaşvili görüşdə qeyd edib ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayır: “Gürcüstan da Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir və lazım gəldikdə öz töhfəsini davam etdirməyə hazırdır”.

Əlaqəli Xəbərlər