Çində həşəratlarla zəngin qəhvə satışa çıxarılıb
Şəfa Hüseynli
Çində həşəratlarla zəngin qəhvə satışa çıxarılıb.
Operativ Media xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilib ki, Pekin Həşərat Muzeyi müştərilərinə əzilmiş tarakanlar və qurudulmuş un qurdları ilə dəmlənmiş qəhvə təqdim edir.
Muzeyin əməkdaşları qeyd edib ki, bu içki təhlükəsizdir və müalicəvi xüsusiyyətlərə malikdir. Tarakan tozunun qan dövranını yaxşılaşdırdığı, un qurdlarının isə immunitet sistemini gücləndirdiyi iddia olunur.
Nəşrin məlumatına görə, qəhvənin tərkibinə qatılan böcəklər ənənəvi Çin tibb mağazalarından əldə edilir. Həşəratlardan hazırlanan qəhvənin bir fincanı təxminən 45 yuana (6 dollara) müştərilərə təqdim olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net