ABŞ Ordusunun katibi Daniel Driskoll Kiyevə Prezident Donald Trampın 28 bənddən ibarət sülh planını təqdim etmək üçün Ukraynaya səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bildirilib ki, Ukrayna rəsmiləri ilə görüşlərdən sonra D. Driskoll NATO müttəfiqləri üçün də qapalı brifinqlər keçirəcək və onlara ABŞ-nin təklif etdiyi sülh sazişi layihəsini təqdim edəcək.