Ərdoğan G20 Liderlər Zirvəsi üçün Cənubi Afrikaya səfər edəcək
Operativ Media
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22–23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək 20-ci G20 Liderlər Zirvə Toplantısında iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında paylaşım edib.
Prezident Ərdoğanın "Həmrəylik, Bərabərlik, Davamlılıq" əsas mövzusu altında keçiriləcək zirvə toplantısında çıxış etməsi gözlənilir.
Zirvə görüşü münasibətilə onun Cənubi Afrika Prezidenti Ramaphosa, G20 liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri gözlənilir.