Rusiya səfiri Moldova XİN-ə çağırılıb
Operativ Media
Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov noyabrın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və ona Moldova ərazisi üzərində pilotsuz təyyarənin uçuşu ilə bağlı etiraz notası təqdim olunub.
Operativ Media xəbər verir ki, Ozerov bildirib ki, Moldova rəsmiləri dronun Rusiya istehsalı olduğuna dair heç bir sübut təqdim etməyiblər.
Diplomat Rusiyanın pilotsuz təyyarənin uçuşunda iştirakını təkzib edib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi noyabrın 19-na keçən gecə baş vermiş pilotsuz təyyarə ilə bağlı insidenti kəskin şəkildə pisləyib və bunu milli suverenliyin ciddi şəkildə pozulması, vətəndaşların təhlükəsizliyinə və regionda sabitliyə təhdid kimi qiymətləndirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net