İran Prezidenti yenidən paytaxtın Tehrandan köçürülməsini təklif edib
Şəfa Hüseynli
İran Prezidenti Məsud Pezeşkian ölkə paytaxtının Tehrandan başqa yerə köçürülməsinin zəruriliyini bir daha bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Fars news" məlumat yayıb.
M.Pezeşkian bu qərarı şəhərdə əhalinin həddən artıq çox olması və su çatışmazlığı ilə əsaslandırıb.
İran lideri vurğulayıb ki, əgər şəhərin əhalisi artmağa davam edərsə, su ehtiyatları onun bütün sakinlərini təmin etmək üçün kifayət etməyəcək: “Bizim başqa seçimimiz yoxdur. Bu zərurətdir”.