Menyu

Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Operativ Media
Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın Tbilisi şəhərinin ən hündür yerində - Mtaçminda parkında yerləşən və paytaxtın simvollarından biri olan televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Operativ Media xəbər verir ki, şəhərin mərkəzindən və müxtəlif rayonlardan aydın görünən işıq şousu paytaxtın səmasında xüsusi mənzərə yaradıb.

İşıqlandırma iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsi kimi qiymətləndirilir.

Tbilisi televiziya qülləsinin Azərbaycan Bayrağının rəngləri ilə bəzədilməsi sosial şəbəkələrdə geniş rezonans doğurub və bu görüntü yüzlərlə istifadəçi tərəfindən paylaşılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər