İstanbulda 25 nəfər restoran yeməyindən zəhərlənib
Operativ Media
İstanbulun Şişli rayonunda yerləşən restoranların birində 25 nəfər zəhərlənmə şübhəsiylə xəstəxanaya yerləşdiriliblər.
Operativ Media xəbər verir ki, bu barədə İstanbul Vilayət Səhiyyə Müdiri Abdullah Emre Güner məlumat verib.
"Müraciət edən vətəndaşlarımızın ümumi sağlamlıq vəziyyəti yaxşıdır və onlara lazımi tibbi qiymətləndirmə və müalicə tətbiq olunur",- deyə E.Güner əlavə edib.