Azərbaycan güləşçiləri Mariya Stadnik və Georgi Meşvildişvili Bolqarıstanda Dan Kolov və Nikola Petrovun xatirəsinə keçirilən turnirdə birinci olublar.
"Operativ Media" xəbər verir ki, yarışın son günündə Stadnik (50 kq) finalda Qazaxıstan təmsilçisi Svetlana Ankiçevanı cəmi 35 saniyə 10:0 hesabı ilə məğlub edib.
125 kq çəkidə çıxış edən sərbəst güləşçi Meşvildişvili qızıl uğrunda iranlı Mustafa Tağani ilə görüşdə 7:2 hesabı ilə qalib gəlib.
Daha öncə sərbəst güləşçilər İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal qazanıblar.