"Axios": ABŞ Ukraynanı sülh planının təfərrüatlarını mediaya ötürməkdə ittiham edib

Cenevrədə Ukrayna ilə danışıqlar zamanı ABŞ administrasiyasının rəsmiləri Ukrayna nümayəndə heyətinin üzvlərini Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üzrə təklif etdiyi planın təfərrüatlarının Amerika mediasına sızdırılmasını təşkil etməkdə ittiham ediblər.
Operativ Media xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat verib.
“Görüş zamanı Amerika tərəfi ukraynalıları planın mənfi təfərrüatlarını ABŞ mətbuatına sızdırmaqda günahlandırdı. Ukraynalılar isə vəziyyəti yumşaltmaq məqsədilə danışıqlarda iştirak edən tərəflərdən birinin adından müsbət bəyanat verməyə razılıq verdilər”.
Bundan əvvəl dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə bildirib ki, tərəflər məsləhətləşmələrdə irəliləyiş əldə ediblər və Ukrayna böhranının həlli planına düzəlişlər üzərində iş aparılır.