Menyu

Merz: Almaniya hakimiyyəti ABŞ-nin Ukrayna ilə bağlı planından yalnız noyabrın 21-də xəbər tutub

Operativ Media
Merz: Almaniya hakimiyyəti ABŞ-nin Ukrayna ilə bağlı planından yalnız noyabrın 21-də xəbər tutub

Almaniya kansleri Fridrix Merz mediada yazılanların əksinə olaraq bəyan edib ki, Almaniya rəsmiləri ABŞ-ın Ukrayna ilə bağlı sülh planından yalnız noyabrın 21-də xəbər tutub.

Operativ Media xəbər verir ki, o, bu haqda "Deutsche Welle" media qrupuna verdiyi müsahibədə bildirib.

“Biz bu 28 bəndlik plandan ötən cümə günündən xəbərdarıq”. Eyni zamanda Merz qeyd edib ki, ABŞ prezidenti Donald Trampa zəng edib. “Mən ona dedim ki, bəzi məqamlarla razılaşa bilərik, digərləri isə yox”, – kansler vurğulayıb.

“Berliner Zeitung” qəzeti isə daha əvvəl öz mənbələrinə istinadən yazmışdı ki, Berlin oktyabrın sonundan ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni təşəbbüsündən xəbərdardır və “Milli Təhlükəsizlik Şurası bunu noyabrın 11-də müzakirə edib”. Qəzet əlavə edib ki, sənəd layihəsi noyabrın 4-də “təhlükəsiz kanallar vasitəsilə” Federal Kanslerə təqdim edilib.

DW-yə müsahibəsində Merz onu da bildirib ki, onun fikrincə, “cümə axşamı gününə qədər bütün 28 bənd üzrə razılığa gəlmək mümkün olmayacaq”. “Buna görə də biz başa düşmək istəyirik ki, bu planın hansı hissələri bir tərəfdən amerikalılar, avropalılar və Ukrayna, digər tərəfdən isə Rusiya ilə razılaşdırıla bilər”, – kansler qeyd edib. O əlavə edib ki, noyabrın 27-dək real olaraq yalnız “aralıq addım” atmaq mümkündür.

Tramp isə daha əvvəl bəyan etmişdi ki, Ukrayna noyabrın 27-dək Vaşinqtonun təklif etdiyi böhranın həlli planına razılıq verməlidir. O, həmin günü “doğru zaman” adlandırıb.

Əlaqəli Xəbərlər