Menyu

Ağ Ev: Tramp Ukrayna münaqişəsinin birbaşa maliyyələşdirilməsini dayandırır

Operativ Media
Ağ Ev: Tramp Ukrayna münaqişəsinin birbaşa maliyyələşdirilməsini dayandırır

ABŞ Prezidenti Donald Trampın qərarından sonra ölkə Ukraynadakı münaqişəni maliyyələşdirməyi dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

“Prezident Tramp bu müharibənin maliyyələşdirilməsini dayandırıb, lakin ABŞ NATO-ya böyük miqdarda silah satmaqda davam edir. Biz bunu əbədi edə bilmərik. Prezident bu müharibənin bitməsini istəyir”, – deyə mətbuat katibi bildirib.

Levitt, həmçinin Trampın milli təhlükəsizlik komandası ilə Ukrayna nümayəndə heyəti arasında “çox məhsuldar danışıqlar”ın aparıldığını qeyd edib. O, xüsusilə dövlət katibi Marko Rubio ilə Cenevrədəki xüsusi elçi Stiv Uitkoff arasında keçirilən görüşü vurğulayıb. Onun sözlərinə görə, tərəflər 28 bənddən ibarət sülh planını “ətraflı şəkildə işləyə biliblər” və “yalnız bir neçə fikir ayrılığı məqamı qalıb”. Levitt əlavə edib ki, Tramp “razılaşmanın mümkünlüyü ilə bağlı ümidli və nikbindir”.

Əlaqəli Xəbərlər