Avstraliyada 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan edilib
Şəfa Hüseynli
Avstraliya hökuməti dekabrın 10-dan etibarən sosial media şirkətlərinə 16 yaşdan kiçik istifadəçilərin platformalarına çıxışını tamamilə bloklamaq üçün “ağıllı tədbirlər” həyata keçirməyi əmr edib.
Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Mövcud uşaq hesabları silinib və ya deaktiv edilib. Avstraliya dünyada belə sərt qadağanı qəbul edən ilk ölkə olub və xeyli sayda valideyn bunu dəstəkləyir.