Menyu

Nərimanovda partlayış baş verən obyektdə xəsarət alanların son durumu açıqlanıb

Şəfa Hüseynli
Nərimanovda  partlayış baş verən obyektdə xəsarət alanların son durumu açıqlanıb

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış baş verən obyektdə xəsarət alanlardan son durumu açıqlanıb.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"24.11.2025-ci il tarixində saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib."- məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər