Menyu

Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb

Operativ Media
Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb

Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya, Estoniya və Əfqanıstan dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak edir.

ADY-dən Operativ Media-ya verilən məlumata görə, iclasda MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti və digər məsələlər təşkil edir.

İclas 26 noyabradək öz işini davam etdirəcək.

Əlaqəli Xəbərlər