Bu ilin yanvar-oktyabr aylarında ölkədə 180,7 min ton polad boru istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə və ya 94,8 min ton çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 87,9 faiz və ya 16,7 min ton artım qeydə alınıb. Oktyabr ayında 35,7 min ton polad boru istehsal edilib. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 3,2 min ton təşkil edib.