Qırğızıstanda növbədənkənar parlament seçkiləri üçün 787 beynəlxalq müşahidəçi akkreditə olunub

Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası noyabrın 25-də 2025-ci il noyabrın 30-na təyin edilmiş Joqorku Keneş (parlament) deputatlarının növbədənkənar seçkilərində iştirak etmək üçün 16 beynəlxalq müşahidəçini akkreditə edib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK-nın qərarı ilə aşağıdakıların nümayəndələri beynəlxalq müşahidəçi kimi akkreditə olunublar:
- Hindistan Respublikasının Seçki Komissiyası;
- Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi;
- İndoneziya Respublikasının Daşkənddəki səfirliyi;
- Türkiyə Respublikasının Qırğız Respublikasındakı səfirliyi;
- Özbəkistan Respublikasının Qırğız Respublikasındakı səfirliyi;
- Macarıstanın Qırğız Respublikasındakı səfirliyi.
Bu günə kimi Qırğız Respublikası Joqorku Keneş deputatlarının növbədənkənar seçkiləri üçün 787 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.