Menyu

Anar Quliyev Nayrobidə UN-Habitat İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edib

Operativ Media
Anar Quliyev Nayrobidə UN-Habitat İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nayrobidə UN-Habitat İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə sədr öz "X" hesabında paylaşım edib.

"Bu gün böyük məmnuniyyətlə Nayrobidə keçirilən UN-Habitat İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak etdik.

İclas çərçivəsində Azərbaycan və Somali adından BMT-nin Məskunlaşma Proqramı Assambleyasının “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun 2025-ci ilin oktyabrında keçirilmiş 2-ci sessiyanın qərarına uyğun olaraq təsdiqlənmiş yeni həmsədrlər qismində fəaliyyət istiqamətlərimizi diqqətə çatdırdıq.

İşçi Qrupun qlobal mənzil siyasətinə töhfəsini vurğulayaraq, qarşıdakı dövr üçün əsas prioritetləri – beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ekspert mexanizmlərinin gücləndirilməsi və dayanıqlı, əlçatan və inklüziv həllərin irəli sürülməsini qeyd etdik", - paylaşımda qeyd olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər