Menyu

Kristiano Ronaldo suriyalı uşağı arzusuna çatdırdı

Əziz Əzizli
Kristiano Ronaldo suriyalı uşağı arzusuna çatdırdı

Kristiano Ronaldo Suriyadakı zəlzələdə atasını itirən uşaqla görüşüb.

 "Operativ Media" xəbər verir ki, fəlakətdən sonra BƏƏ-dən olan jurnalist həmin ölkəyə gələrək 10 yaşlı oğlandan ən böyük arzusunu soruşub. Nabilin cavabını sosial şəbəkələrdə görən Səudiyyə Ərəbistanının Əyləncələr üzrə Baş İdarəsinin sədri onu və ailəsini Ər-Riyada gətirmək qərarına gəlib.

Nəhayət, Nabil öz kumiri ilə görüşmək imkanı tapıb. Ronaldo`nu qucaqlayan və onunla söhbətləşən oğlan futbolçunu çox sevdiyini də deyib. Sonradan isə "Əl-Nəsr" - "Əl Batin" matçını (3:1) stadiondan izləyib.

Teqlər:

"Kristiano Ronaldo suriyalı uşağı arzusuna çatdırdı"

Əlaqəli Xəbərlər