Menyu

Tramp sülh planı üçün Moskva və Kiyevə xüsusi nümayəndələr göndərəcək

Şəfa Hüseynli
Tramp sülh planı üçün Moskva və Kiyevə xüsusi nümayəndələr göndərəcək

ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoffa Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyi tapşırıb.

Operativ Media xəbər verir ki, bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin ordu naziri Den Driskoll isə Kiyevdə Ukrayna hökumət rəsmiləri ilə görüşəcək.

Trampın sözlərinə görə, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq planı üzərində iş son bir həftə ərzində “əhəmiyyətli irəliləyiş əldə edib”. ABŞ tərəfindən hazırlanan ilkin 28 bəndlik layihə "hər iki tərəfin rəyini nəzərə alaraq yenidən işlənib" və indi yalnız bir neçə mübahisəli müddəa qalıb.

Əlaqəli Xəbərlər