Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 3,34 % azalaraq 64,8 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı Azərbaycan neftinin əvvəlki qiyməti 67.04 ABŞ dolları təşkil edib.