Mətbuat Şurasının Dil Komissiyası fəaliyyətini gücləndirəcək
Operativ Media

Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibinin komplektləşdirilməsi həyata keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə sədr Rəşad Məcid məlumat verib.
"Mətbuat Şurası da vaxtilə media məkanındakı dil pozuntularının müzakirəsini media rəhbərlərinin bilavasitə iştirakı ilə aparırdı. Hesab edirəm ki, yenə eyni fəaliyyətə üstünlük verilməlidir. O cümlədən, Dil Komissiyasının işinə, əvvəllər olduğu kimi, dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir. Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm."-Rəşad Məcid qeyd edib.