Dəniz Balıqartırma Zavodu MMC-yə çevrilib
Operativ Media

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Operativ Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Zavod uzun illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərib, bu ilin sentyabr ayında Baş nazir Əli Əsədovun imzaladığı qərarla Balıqçılıq və Akvakultura Mərkəzinə verilib.