Menyu

Çin şirkəti hipersəs raketlərin istehsalına başlayıb

Şəfa Hüseynli
Çin şirkəti hipersəs raketlərin  istehsalına başlayıb

Çinin "Lingkong Tianxing Technology" özəl şirkəti dünyada ilk dəfə 1 300 kilometrə qədər məsafə qət edə bilən "YKJ-1000" hipersəs raketinin kütləvi istehsalına başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə  "South China Morning Post" məlumat yayıb.

Raket uçuş zamanı hədəfləri müstəqil şəkildə müəyyən edə və xüsusilə də hava hücumundan müdafiə sistemlərindən və dəniz zərbə qruplarından yayınmaq qabiliyyətinə malikdir. "Lingkong Tianxing Technology" izah edib ki, kompleks düşmən ərazisinin dərinliklərində strateji əhəmiyyətli hədəflərə sürətli və dəqiq zərbələr endirmək üçün nəzərdə tutulub. "YKJ-1000" həmçinin yüksək həssas sensorları və real vaxt rejimində məlumat ötürmə texnologiyaları sayəsində kəşfiyyat məqsədləri üçün də istifadə edilə bilər.

Əlaqəli Xəbərlər