Qırğızıstan xarici işlər nazirinin müavini Meder Abakirov Yaponiyanın Qırğızıstana yeni təyin olunmuş səfiri Ryuiçi Hirano ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qarşıdan gələn yüksək səviyyəli səfərlər, “Mərkəzi Asiya+Yaponiya” Dialoqu çərçivəsində əməkdaşlıq və həyata keçirilən birgə layihələr müzakirə olunub.