Paşinyan: Azərbaycan və Ermənistan arasında dialoqa ehtiyac var
Operativ Media
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində dialoqa ehtiyac var.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Onun sözlərinə görə, hər iki ölkə ekspertlərinin Bakı və İrəvana qarşılıqlı səfərləri olub. Amma 37 illik münaqişəni beş ekspertin iki görüşü ilə dəyişdirmək olmaz. Ona görə də dialoq lazımdır.