Menyu

Putin Rusiyanın Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb

Operativ Media
Putin Rusiyanın Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb

Avropa İttifaqı ölkələri yenidən Rusiya ilə əməkdaşlıq etmək qərarına gəlsələr, Moskva buna etiraz etməyəcək.

Operativ Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstana səfəri zamanı “Nomand” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Avropa Rusiya bazarındakı vəziyyəti nəzərə almalıdır, çünki burada bir çox sahələr artıq yerli biznes tərəfindən tutulub.

“Biz bunun əleyhinə deyilik. Biz hamıya açığıq, hər kəslə işləməyə hazırıq, lakin təbii ki, mövcud reallıqları nəzərə alaraq. Yəni bazarımızdakı bir çox seqmentləri əsasən rus istehsalçıları tutur”, – Putin vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, enerji sahəsində Rusiya ilə əməkdaşlıqdan imtina Aİ ölkələrinə mənfi təsir göstərib. Nümunə kimi o, Almaniyadakı vəziyyəti qeyd edib və bildirib ki, ölkə iqtisadiyyatı üçüncü ildir tənəzzül yaşayır.

Oktyabr ayında Aİ Şurası 2026-cı ildən 2028-ci ilə qədər keçid dövrü nəzərdə tutulmaqla Rusiya qazından mərhələli şəkildə imtina planını təsdiqləyib. Macarıstan və Slovakiya bu plana qarşı çıxıblar. Macarıstan rəsmiləri Rusiya qazını almağa davam edəcəklərini bildirərək, dayandırmanın ölkəyə 10 milyard dollara başa gələcəyini vurğulayıblar.

Əlaqəli Xəbərlər