Ukrayna Prezident Administrasiyasının rəhbəri istehfa verib
Şəfa Hüseynli
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa ərizəsi yazdığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat yayıb.
"Ukrayna prezidentinin aparatı tam şəkildə yenidən təşkil olunacaq. Sabah prezident aparatının yeni rəhbərinin təyin olunması ilə bağlı məsləhətləşmələr aparacağam", - Zelenski qeyd edib.