Menyu

Fransa və Yaponiya 130 reysi ləğv edib

Şəfa Hüseynli
Fransa və Yaponiya 130 reysi ləğv edib

Airbus ailəsi təyyarələrində proqram təminatının təcili yenilənməsi ilə əlaqədar olaraq "Air France" 35, Yaponiya aviaşirkətləri isə ən azı 95 reysi ləğv edib.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Fransanın nəqliyyat naziri Filip Tabarod bütün aviaşirkətlərin, o cümlədən "Air France"-ın cədvəllərində mümkün pozuntular barədə xəbərdarlıq edib və sərnişinlərə uçuşların vəziyyətini əvvəlcədən yoxlamağı tövsiyə edib.

Yaponiyanın ən böyük aviaşirkəti "All Nippon Airways" 95 reysi ləğv etməklə

13500 sərnişinə təsir edib. 

Əlaqəli Xəbərlər