Zelenski Umerovu nizamlanma danışıqları üzrə nümayəndə heyətinin rəhbəri təyin edib
Şəfa Hüseynli
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov sülh danışıqları üzrə nümayəndə heyətinin rəhbəri təyin edilib.
Operativ Media xəbər veir ki, bu barədə müvafiq fərman Volodimir Zelenskinin saytında dərc olunub.
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, nümayəndə heyətinin rəhbəri Rüstəm Enveroviç Umerov ədalətli və davamlı sülhə nail olmaq üçün ABŞ və Ukraynanın digər beynəlxalq tərəfdaşları, habelə Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar prosesində iştirak etmək üçün Ukrayna nümayəndə heyətinə suallar” başlıqlı sənəddə deyilir.