Menyu

Tramp Maduroya qarşı hərbi variantların masada olduğunu bəyan edib

Operativ Media
Tramp Maduroya qarşı hərbi variantların masada olduğunu bəyan edib

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu vəzifəsindən getməyəcəyi təqdirdə güc tətbiqi ilə hədələyib.

Operativ Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat verib.

“Tramp Maduroya bildirib ki, könüllü olaraq istefa verməsə, ABŞ güc tətbiqi də daxil olmaqla digər variantları nəzərdən keçirəcək”, - deyə məlumatda bildirilir.

Bir gün əvvəl Tramp Venesuela üzərində hava məkanının bağlandığını elan etmişdi. Bəyanat Karib dənizində ABŞ hərbi qüvvələrinin artması fonunda verilib.

“Washington Post” qəzeti ABŞ hərbi təyyarələrinin Venesuela ətrafındakı ərazilərdə daim patrul xidməti apardığını bildirib. Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə hücum edə biləcəyini bildirib.

Əlaqəli Xəbərlər