Menyu

Avropanın şirin su ehtiyatları sürətlə tükənir

Operativ Media
Avropanın şirin su ehtiyatları sürətlə tükənir

2002–2024-cü illərə aid yeni peyk məlumatları həyəcanverici tendensiyanı ortaya qoyub. Avropada şirin su ehtiyatları, xüsusən də yeraltı sular sürətlə azalır.

Operativ Media xəbər verir ki, bu barədə “The Guardian” yazır.

İspaniya, İtaliya və Birləşmiş Krallıq kimi cənub və mərkəzi bölgələrdə qrunt suları iqlim dəyişiklikləri, qeyri-kafi yağıntılar və həddindən artıq su götürülməsi səbəbindən bərpa oluna biləndən daha sürətli tükənir.

Mütəxəssislər qeyd ediblər ki, əsas problem yağıntı rejiminin dəyişməsi və quraqlıq dövrlərinin uzanmasıdır. Hətta əvvəllər etibarlı ehtiyat hesab edilən sabit sulu təbəqələr belə tədricən azalır. Bu hal bir çox regionlarda içməli suyun təminatı, kənd təsərrüfatı və ekosistemlərin davamlılığı üçün ciddi təhlükə yaradır.

Bir çox ölkələrdə əhali suyu əsasən yeraltı mənbələrdən alır. Qrunt sularının səviyyəsinin aşağı düşdüyü ərazilərdə, xüsusilə də quraq bölgələrdə su çatışmazlığı riski artır.

Alim və ekspertlər bildirirlər ki, yeni su anbarlarının və infrastrukturun tikintisi kimi ənənəvi tədbirlər mühüm olsa da, problemi tam həll etmir. Suyun qorunması, təkrar istifadəsi və davamlı planlaşdırma istiqamətində təcili addımların atılmasına ehtiyac var.

Tətbiq ediləcək tədbirlər gecikərsə, nəticələr ağır ola bilər: insanlar və kənd təsərrüfatı üçün su qıtlığı yaranacaq, təbii su hövzələri və yeraltı sular quruyacaq, meşələr və əkin sahələri dayanıqlılığını itirəcək.

Əlaqəli Xəbərlər