Almaniya XİN başçısı: “Aİ–Türkiyə münasibətlərində müsbət gündəm formalaşdırılmalıdır”

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Türkiyənin Almaniyanın bütün xarici siyasət məsələlərində strateji tərəfdaşı və yaxşı dostu olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin məlumat yayıb.
Türkiyənin Aİ-yə üzvlüyü məsələsinə toxunan XİN rəhbəri qeyd edib ki, həm Türkiyə, həm də Aİ müəyyən məqsədlərə nail olmalıdır. “Biz Aİ–Türkiyə münasibətlərində irəliləyiş istəyirik. Gömrük İttifaqının yenilənməsini istəyirik. Vizaların ləğvini, ümumiyyətlə, müsbət gündəmin formalaşdırılmasını arzulayırıq. Əgər Türkiyə həqiqətən də Aİ-yə daxil olmaq istəsə, Almaniyada özünə etibarlı və dost tərəfdaş tapacaq”.
Vadeful Türkiyənin Aİ-yə üzvlük niyyətində qətiyyət və ciddilik nümayiş etdirməsinin onun üçün önəmli olduğunu vurğulayaraq bildirib ki, bu proses asan olmayacaq və bir neçə həftə və ya ay ərzində tamamlanması mümkün deyil.