Menyu

"Bayraktar Kızılelma" dünyada ilkə imza atıb

Operativ Media
"Bayraktar Kızılelma" dünyada ilkə imza atıb

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" növbəti tarixi uğura imza atıb.

Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" mlumat yayıb.

Bildirilib ki, "Bayraktar Kızılelma" Sinop sahillərində həyata keçirilən sınaqda görmə məsafəsindən uzaqda hava-hava raketi ilə reaktiv mühərrikli hava hədəfini vurub. Beləliklə, "Bayraktar Kızılelma" dünyada bunu edən ilk pilotsuz döyüş təyyarə olub.

Ssenariyə uyğun olaraq buraxılan yüksək sürətli reaktiv mühərrikli hədəf dronu, "Bayraktar Kızılelma" üzərində yerləşən ASELSAN müdafiə sənayesi şirkətinin hazırladığı URAD AESA radarı tərəfindən aşkar edilib və izlənilib.

Radar hədəfi dəqiq müəyyən etdikdən sonra pilotsuz döyüş təyyarəsi qanadının altında daşıdığı GÖKDOĞAN Beyond Visual Range hava-hava raketini atıb. Atılan raket reaktiv mühərrikli hədəfi vurub.

Dünyadakı pilotsuz döyüş təyyarələri layihələrinin böyük əksəriyyəti əsasən havadan yerə missiyalar üçün nəzərdə tutulub. Odur ki, bu günə qədər hələ heç bir pilotsuz platforma havada olan hədəfə atəş açmaq qabiliyyətinə nail olmayıb. "Bayraktar Kızılelma" isə uğurlu sınaq nəticəsində ilk və yeganə platforma olmaqla aviasiya tarixində yeni bir dövrə qədəm qoyub.

Əlaqəli Xəbərlər