KİV: Finlandiya və Böyük Britaniya Rusiya sərhədi yaxınlığında təlimlər keçirir
Operativ Media
Britaniya və Finlandiya hərbçiləri Rusiya sərhədinin Kuhmo şəhəri yaxınlığında yerləşən Vuosanqa poliqonunda “Şimali Balta 25” hərbi təlimlərinə başlayıblar. Operativ Media xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
Nazirliyin məlumatına görə, təlimlərdə 3 000-ə yaxın hərbi qulluqçu, o cümlədən Finlandiya ordusunun ehtiyatda olan 600 hərbçisi iştirak edir. Təlimlərə həmçinin iki NH90 nəqliyyat helikopteri və qeyri-müəyyən sayda PUA da daxil olmaqla, təxminən 600 ədəd texnika cəlb olunub.
"Yle"nin açıqlamasında bildirilib ki, tədbirlərin məqsədi Finlandiyanın şimal bölgələrinin şəraitində müxtəlif növ döyüş əməliyyatlarının aparılması bacarıqlarını inkişaf etdirməkdir.