Xorvatiya millisinin 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.
"Operativ Media" xəbər verir ki, baş məşqçi Zlatko Daliç 37 yaşlı Luka Modriçə də dəvət göndərib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Yığmaya 25 oyunçu çağırılıb.
Xorvatiya millisi martın 25-də Uelslə, 28-də isə Türkiyə ilə qarşılaşacaq.