Serbiya Prezidenti Rusiya ilə münasibətlərin pisləşməsi ilə bağlı ittihamları rədd edib

Serbiya Prezidenti Aleksandar Vuçiç müxalifətin Qərb sanksiyalarının Rusiya ilə münasibətləri pisləşdirdiyinə dair ittihamlarını rədd edib.
Operativ Media xəbər verir ki, o, bu haqda "TV Informer"ə müsahibəsində bildirib.
“Deyirlər ki, 1948-ci ildən bəri Rusiya ilə münasibətlərimizdə bu qədər çətin dövr olmayıb. Mən isə bu cahillərdən soruşuram: 1917-ci il Oktyabr inqilabından sonra nə vaxtsa bizim yaxşı münasibətlərimiz olub? Xruşşovun dövründə qısa müddətlik yumşalma (detente) yaşanmışdı, amma bunun nəyinin o qədər yaxşı olduğunu söyləyirlər?” – deyə o vurğulayıb.
O qeyd edib ki, müxalif siyasətçilərin Rusiya–Serbiya münasibətlərini romantikləşdirməsi “səhv və qeyri-ciddi”dir.
Rusiyaya münasibətindən danışan Vuçiç “rus dostlarına” və onların maraqlarına həmişə hörmətlə yanaşdığını vurğulayıb.
O xatırladıb ki, 2022-ci il martın 2-də Milli Təhlükəsizlik Şurasının Serbiyanın BMT-nin Ukrayna ilə bağlı qətnaməsinin 13 bəndindən dördünü – Rusiyaya qarşı sanksiyaların tətbiqini və Serbiyadakı Rusiya əmlakının müsadirəsini nəzərdə tutmayan bəndləri – dəstəkləməsi barədə qərarını elan edib. Onun sözlərinə görə, Ukrayna böhranı böyük xarici siyasi təzyiq altında olan Serbiyaya da təsir göstərir.