Menyu

İranda Xəzər suitilərinin mühafizəsi mərkəzi açılıb

Şəfa Hüseynli
İranda Xəzər suitilərinin mühafizəsi mərkəzi açılıb

İranın Gilan vilayətindəki Bojak Milli Parkında Xəzər suitilərinin mühafizəsi, müalicəsi və tədqiqi ilə bağlı ölkədə ilk ixtisaslaşmış mərkəz açılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Briks TV" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Xəzər suitisi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Nəsli kəsilməkdə olan Növlərin Qırmızı Siyahısına daxil edilmiş yeganə dəniz məməlisidir. Son onilliklərdə təxminən bir milyondan indiki 70.000-ə qədər azalmışdır.

İranın Ətraf Mühit Departamentinin dəniz və bataqlıqlar məsələləri üzrə müavini Əhməd-Rza Lahicanzadə vurğulayıb ki, mərkəzin yaradılması nəsli kəsilməkdə olan növlərin milli və regional mühafizə proqramlarının həyata keçirilməsində mühüm addım olacaq.

Onun sözlərinə görə, müəssisə suitilərin ölüm səbəblərini öyrənməyə kömək edəcək aparıcı baytarlıq və tədqiqat kompleksinə çevrilə bilər.

Əlaqəli Xəbərlər