Ana səhifə / Dünya / Qırğızıstanda keçirilən parlament seçkilərində seçici fəallığı 36,9% təşkil edib Qırğızıstanda keçirilən parlament seçkilərində seçici fəallığı 36,9% təşkil edib 01.12.2025, 09:44 Şəfa Hüseynli Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərində bülletenlərin 100%-i işləndikdən sonra seçici fəallığı 36,9% təşkil edib. Operativ Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.Məlumata görə, ümumilikdə 1 584 446 nəfər səs verib. 2021-ci il parlament seçkilərində isə seçici fəallığı 34,94% olmuşdu.Mövcud seçkilərdə iştirak üçün minimum hədd nəzərdə tutulmayıb. Seçki səs verənlərin sayından asılı olmayaraq, baş tutmuş hesab ediləcək.Bununla yanaşı, xaricdəki seçki məntəqələrində səsvermə hələ də davam edir.Sonuncu səsvermə mərhələsi 1 dekabr saat 10:00-da (Bakı vaxtı ilə 12:00) ABŞ-nin San-Fransisko şəhərində yerləşən seçki məntəqəsində başa çatacaq.