Menyu

FHN: Ötən həftə ərzində 221 yanğına çıxış olub

Operativ Media
FHN: Ötən həftə ərzində 221 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 221 yanğına çıxış, 26 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 35 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 22 nəfər xəsarət alıb, 5 nəfərin meyiti təhvil verilib.


Əlaqəli Xəbərlər