Menyu

Maye qazın istehsal həcmi artıb

Operativ Media
Maye qazın istehsal həcmi artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye qaz istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 14,3 faiz və ya 23,7 min ton çoxdur.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 13,7 faiz və ya 2,5 min ton artım qeydə alınıb. Oktyabr ayında 20,8 min ton maye qaz istehsal edilib.

Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 2,6 min ton təşkil edib.

Əlaqəli Xəbərlər