Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad olunub

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad olunub.
Operativ Media xəbər verir ki, bu barədə qərar Naxçıvan Ali Məclisinin dekabrın 1-də keçirilən növbəti sessiya iclasında qəbul edilib.
Bildirilib ki, bugünkü yığıncaqda Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun vəzifəsindən azad edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb və səsə qoyularaq qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.
Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.
Sənəd imzalandığı gündən qüvvəyə minir.