Menyu

İtaliya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib

Əziz Əzizli
İtaliya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib

İtaliyanın Ukraynaya 12-ci hərbi yardım paketini rəsmən təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin rəsmi qəzeti məlumat paylaşıb.

İtaliyanın müdafiə naziri Quido Krosetto tərəfindən imzalanmış və Xarici İşlər və İqtisadiyyat nazirliklərinin rəhbərləri ilə razılaşdırılmış fərmana əsasən, Ukrayna hökuməti hərbi materialların, avadanlıqların və ləvazimatların növbəti partiyasını alacaq.

Təhlükəsizlik səbəbindən təhvil veriləcək əmlakın tam siyahısı (İtaliya Baş Qərargahı tərəfindən tərtib olunur) “gizli” olaraq təsnif edilib və ictimaiyyətə açıqlanmır.

Fərmanda qeyd olunur ki, avadanlıq və materiallar əvəzsiz təqdim edilir və balansdan silinir.

Həmçinin bildirilir ki, silahların inventarlaşdırılması yalnız mühasibat uçotu məqsədilə aparılacaq və təhvil-təslim müddətləri mümkün qədər qısa olmalıdır.

Əlaqəli Xəbərlər