Menyu

Ukrayna Rusiya gəmisinə hücumda iştirakını təkzib edib

Operativ Media
Ukrayna Rusiya gəmisinə hücumda iştirakını təkzib edib

Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib.

Operativ Media xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bununla bağlı özünün “X” hesabında açıqlama yayıb.

“Ukraynanın bu insidentə heç bir aidiyyəti yoxdur və biz Rusiya tərəfindən yayılan bu cür ittihamları rəsmi olaraq rədd edirik”, - XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Türkiyə Dənizçilik Baş İdarəsi Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirildiyi barədə məlumat yayıb.

Rusiya iddia edir ki, “Midvolqa 2” gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər