Menyu

Bitkoin 91 min dolları keçib

Operativ Media
Bitkoin 91 min dolları keçib
1 dəq oxu

Bitkoinin qiyməti yenidən yüksələrək 91 min dolları keçib.

Operativ Media xəbər verir ki, Binance platformasının məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 21:30-da bitkoin 8,04% bahalaşaraq 91 744 dollara çatıb.

Daha sonra artım bir qədər zəifləyib və qiymət 91 511 dollara (7,41% artım) enib.

Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan Ethereum-un (ETH) qiyməti də əhəmiyyətli artım göstərib.

ETH 9,59% bahalaşaraq 3 017 dollar səviyyəsinə yüksəlib.

Əlaqəli Xəbərlər