Menyu

ABŞ rəsmisi: Ukrayna müharibəsinə son qoymaq qərarı Moskva və Kiyevin özündən asılıdır

Əziz Əzizli
ABŞ rəsmisi: Ukrayna müharibəsinə son qoymaq qərarı Moskva və Kiyevin özündən asılıdır

Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin həllinə çalışır, lakin ona son qoymaq qərarı Moskva və Kiyevin üzərinə düşür.

Operativ Media xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

“Nəhayət, bu, onların öz işidir. Əgər onlar müharibəni bitirmək istəmədiklərinə qərar versələr, bu proses davam edəcək. Amma biz ona son qoymağa çalışacağıq”, – Rubio qeyd edib.

O əlavə edib ki, ABŞ münaqişədə tərəflər arasında fikir ayrılıqlarını aradan qaldıra biləcəyini müəyyənləşdirməyə çalışır. “Bunun üçün hər iki tərəflə danışıqlar aparmalıyıq. Bu prosesdə elə irrasional insanlar var ki, hesab edirlər ki, biz yalnız Ukrayna ilə danışmalı, Rusiya ilə ümumiyyətlə danışıqlar aparmamalıyıq. Rusiya ilə danışıqlar aparmadan Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq mümkün deyil. Eyni zamanda Ukraynanın mövqeyini də nəzərə almalıyıq”, – o vurğulayıb.

Əlaqəli Xəbərlər