Türkiyə dünyanın ilk hibrid enerjili peykini orbitə çıxarıb
Şəfa Hüseynli
Türkiyə qlobal kosmik sənayedə güc balansını dəyişə biləcək addım atıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Selçuk Bayraktar tərəfindən qurulan "Fergani Space Technologies" Türkiyənin ilk orbital raketi "FGN-TUG-S01"-i uğurla orbitə çıxarıb. Raket birbaşa kosmosdan buraxıla bilən dünyanın ilk hibrid raket mühərriki ilə işləyir.