Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalı 5 faizdən çox artıb
Operativ Media
2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 63,1 milyard manatlıq və ya 2024-cü illə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb, qeyri- neft-qaz sektorunda isə 5,5 faiz artıb.
Sənaye məhsulunun 59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.