Menyu

Tərtərdə tutulan şəxsdən narkotik vasitə və avtomat aşkarlanıb

Operativ Media
Tərtərdə tutulan şəxsdən narkotik vasitə və avtomat aşkarlanıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elməddin Xıdırov saxlanılıb.

Operativ Media-ya bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın marixuana, həmçinin "AK-103" markalı avtomat silahı, ona aid 30 ədəd patron və patron darağı aşkar edilərək götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitə və silahı Ağdərə rayonu ərazisindən taparaq qanunsuz olaraq özündə saxlayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər