ADY: Sabah qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək
Operativ Media
Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Xatırladaq ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar 21 yanvar tarixindən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.
Yeni qrafikə əsasən:
-Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspres qatarlar Bakıxanovda da dayanacaq;
-Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.